Bu gün prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif istiqamətləri, o cümlədən energetika sahəsində əməkdaşlıq, regional və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.