Rusiyanın Dağıstan Muxtar Respublikasının Tarumov rayonunun ?Karakol? Ovçuluq Təsərrüfatında vəhşi donuzlar arasında Afrika taunu xəstəliyi baş verib. Bu barədə Müstəqil İnformasiya Agentliyini Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumatlandırıb. Onun sözlərinə görə, sözügedən xəstəliklə əlaqədar ölkəmizdə epizootik vəziyyət sabitdir: ?Bu sabitliyi qoruyub saxlamaq üçün xidmət, aidiyyatı qurumlarla birlikdə lazımi tədbirləri davam etdirir?. Y.Xanvəli deyib ki, bu barədə məlumat quruma Beynəlxalq Epizootik Bürodan daxil olub.