iqbal Ağazadə son dövrlər ?əməkdar artist? və ?xalq artisti? adı alanlara qarzı çıxdı
Milli Məclisin payız sessiyasının ilk iclası millət vəkillərinin təklifləri ilə müşayiət olunub. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə mədəniyyət sahəsindəki məsələlərə toxunub.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, İqbal Ağazadə bəzi incəsənət xadimlərinə fəxri adların verilməsi barədə narazılığını ifadə edib. Deputata deyib ki, səhnədə yarım saat fəaliyyəti olmayan adamlara ?əməkdar artist?, ?xalq artisti? fəxri adları verilməsi doğru deyil: ?Rəşid Behbudov, Zeynəb Xanlarova kimi korifey sənətkarlar da bu adı daşıyırlar, belələri də?.. Bəs korifey sənətkarlar nə etməlidirlər? 60 il sənətdə külüng vuran Süleyman Abdullayevə heç bir ad verilməyib, şit mahnılar oxuyanlar isə mükafatlar, fəxri adlar alıblar?.
İ.Ağazadə onu da vurğulayıb ki, fəxri adların verilməsi ilə bağlı hər hansı bir komissiya yaradılmalı, belə məsələlərə nəzarət olunmalıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51