Demokratiya Uğrunda İttifaqın bir müddət öncə Madrid prinsiplərinə etiraz əlaməti olaraq keçirilən aksiyasından sonra Qarabağ məsələsinin həlli ilə bağlı müxalifət düşərgəsində məsləhətləşmələr davam etdirilir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə DUİ-yə daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib. Onun sözlərinə görə, hazırda bir neçə müxalifət partiyasının rəhbəri ilə görüşlər keçirilib. Ə.Oruc məsləhətləşmələrin aparıldığı partiyaların adını çəkməyib. Partiya sədri bildirib ki, müzakirə aparılan partiyalar əsasən ölkədə real müxalifət qüvvələri sayılırlar. Məsləhətləşmələr başa çatandan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.