Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfəri başa çatıb. Azərbaycanın və Rumıniyanın dövlət bayraqları ilə bəzədilmiş Henri Koande adına Buxarest Beynəlxalq hava limanında Azərbaycan dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Rumıniyanın yüksək vəzifəli rəsmi şəxsləri yola salıblar. Ölkə başçısını Heydər Əliyev adına Beynəlxalq hava limanında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıblar.