ABŞ-ın dövlət katibi Hillari Klinton Ermənistan və Türkiyənin xarici işlər nazirləri - Əhməd Davudoğlu və Edvard Nalbandyanla ayrı-ayrılıqda keçirdiyi görüşlərdə tərəfləri münasibətlərin normallaşdırması ilə bağlı planlarını tezliklə həyata keçirməyə çağırıb. BBC radiosunun məlumatına görə, Amerika rəsmisi deyib ki, o, Ermənistan və Türkiyə arasında davam edən normallaşdırma prosesinə dəstək verdiklərini bir daha təsdiq etmək istəyir. "Biz hələ çoxdan demişik ki, bu proses heç bir qeyd-şərtsiz və ağlabatan vaxt çərçivəsində aparılmalıdır", deyə Klinton vurğulayıb. Ağ evdən isə bildiriblər ki, Hillari Klinton rəsmi Ankara ilə İrəvan arasında aparılan danışıqlar prosesinə qondarma erməni soyqırımı məsələsinin, eləcə də Dağlıq Qarabağ münaqişəsinin əngəl yaratmasını istəmir.