Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib
Bu gün Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gəlib. Qazaxıstan dövlətinin başçısını Baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Nursultan Nazarbayev Azərbaycanın azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini yad etdi, "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qazaxıstanın və Azərbaycanın dövlət himnləri səslənib. AIi qonağa Şəhidlər Xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Prezident Nursultan Nazarbayev Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edib.
Səfər çərçivəsində iki ölkə arasında müxtəlif sahələri əhatə edən sənədlərin imzalanması nəzərdə tutulur. N.Nazarbayevin türkdilli dövlət başçılarının oktyabrın 2-3-də Naxçıvanda keçiriləcək sammitində də iştirak edəcəyi də bildirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50