Cəbrayıl rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyevin sağlıq durumu qənaətbəxş deyil. Bu barədə Müstəqil İnformasiya Agentliyinə (MİA) icra başçısının qəbuluna düşmək istəyən rayon sakinlərindən biri məlumat verib. Mənbə deyib ki, icra başçısı uzun müddətdən bəri şəkər xəstəliyindən əziyyət çəkir. Havaların yağmurlu keçməsi onun səhhətindəki problemi daha qabarıq şəkildə üzə çıxarıb. Buna görə də M.Quliyev iş rejiminə riayət edə bilmir. Onun sözlərinə görə, səhhəti ilə əlaqədar olaraq, icra başçısı bu ilin may ayından işə çıxmır. M.Quliyevlə görüşmək istəyən rayon sakinlərini onun müavinləri qəbul edir. Sonda mənbə M.Quliyevin yaxın günlərdə öz xahişi ilə tutduğu vəzifədən uzaqlaşdırılacağını deyib.