Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin Azərbaycandakı səfirliyinə nota təqdim edib. Bu barədə məlumatı XİN-in mətbuat xidmətinin rəhbəri Elxan Poluxov verib. Notada qeyd olunur ki, bir müddət əvvəl Türkiyənin NTV kanalının jurnalistləri "Dağlıq Qarabağın Xarici İşlər Nazirliyi"ndən akreditasiya alaraq, işğal olunmuş Dağlıq Qarabağa səfər ediblər ki, bu da Azərbaycan tərəfini məyus edib. Azərbaycan XİN işğal olunmuş ərazilərə bu kimi səfərlərin edilməsinin qəti əleyhinədir və Türkiyə XİN-in bu faktı araşdırmağını və tədbir görməyini istəyir.