ilham Əliyev Goranboyun da icra bazçısını dəyizdirdi
Prezident İlham Əliyev paytaxt Bakıda yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi məqsədilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 20 milyon manat məbləğində vəsait ayrılmasına sərəncam verib.
İlham Əliyev dünən Goranboy Rayon İcra Hakimiyyətinin başçısını dəyişdirən sərəncam da imzalayıb. Sərəncama əsasən Elşən Abasovu Nizaməddin Quliyev əvəzləyib.
Ölkə başçısın başqa bir sərəncamı ilə Gəncə şəhərinin sosial-mədəni inkişafında xidmətləri olan iki nəfər (Dəmirova Qızdarxan Hüseyn qızı, Əliyev Mübariz Müseyib oğlu) ?Azərbaycan Respublikasının əməkdar müəllimi?, bir nəfər (Abdurəhmanov Sərvər Həsən oğlu) ?Azərbaycan Respublikasının əməkdar həkimi?, bir nəfər (Omarov Afiser Qara oğlu) ?Azərbaycan Respublikasının əməkdar artisti? fəxri adı alıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08