Prezident Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsinin icrasına bazlanması mərasimində iztirak edib
Prezident İlham Əliyev bu gün Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsinin icrasına başlanması mərasimində iştirak edib. Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verib ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planına uyğun olaraq Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulmasına başlanılıb.
Bilgəhdən Nardarana qədər olan yolun uzunluğu 14 kilometr, ümumilikdə isə 39,6 kilometr olacaq. Hərəkət zolaqlarının sayı 6, sürət həddi saatda 120 kilometr təşkil edəcək. Asfalt-beton örtüklü yolun hərəkət zolaqlarının eni 3,75 metr nəzərdə tutulub. Birinci mərhələdə Bilgəh-Nardaran yolunun yenidən qurulması işləri aparılacaq.
Prezident İlham Əliyevə Mərdəkan dairəsində həyata keçiriləcək yenidənqurma işləri barədə də məlumat verilib. Dövlətimizin başçısı tikintidə çalışacaq inşaatçılarla görüşdü, onlara tövsiyələrini verib.
Daha sonra Bilgəh-Sumqayıt avtomobil yolunun yenidən qurulması layihəsinin icrasına başlanıb. İlham Əliyev yolun yüksək keyfiyyətlə tikilməsi ilə bağlı bir daha tapşırıq və tövsiyələrini verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08