Prezident İlham Əliyev bu gün paytaxtın Babək prospekti ilə Məhəmməd Hadi və Mikayıl Əliyev küçələrinin kəsişməsində yerləşən yeni yol qovşağının açılış mərasimində iştirak edib. Dövlət başçısına məlumat verilib ki, "Gəncə Körpü Tikinti-2" Açıq Səhmdar Cəmiyyəti tərəfindən inşa olunmuş yol qovşağı iki körpüdən, üç avtomobil keçidindən ibarətdir. Prezident yol qovşağının açılışını bildirən lenti kəsib, bu münasibətlə inşaatçıları təbrik edib.