Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına daxil olan partiyaların liderləri yaxın günlərdə bir araya gələcəklər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən Hərəkata daxil olan Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə məlumat verib. Millət vəkilinin sözlərinə görə, hələlik liderlərin nə zaman toplanacağı gün dəqiq müəyyənləşməyib. Partiya sədri deyib ki, yaxın günlərdə toplantı reallaşacaq. Hərəkatın qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştirak qərarını nə zaman verəcəyinə gəlincə, İqbal bəy ?Hələlik hərəkata daxil olan partiyalar ayrı-ayrılıqda seçkidə iştirak qərarını verib. Hər kəs öz partiyası daxilində hazırlıq işlərini aparır. Çalışacağıq ki, yaxın günlərdə bu barədə qərarımızı verək?,- söyləyib.