Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 20-də saat 07.55-dən 08.15-dək Ermənistanın Berd rayonunun Mosesqex kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndindəki, saat 06.45-dən 07.00-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi, saat 20.20-dən 20.30-dək Xocavənd rayonunun Kuropatkino kəndi, sentyabrın 21-də saat 06.25-dən 06.35-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.