Azərbaycan məhkəməsi türkiyəli iş adamına iş kəsib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə "Barmek-Azərbaycan" şirkətinin prezidenti Hüseyn Arabula 2 il iş verilib. Məhkəmənin hökmü ilə Azərbaycan vətəndaşları Mahir Lətifov 1 il, Elnur Hüseynov 1 il, Famil Quliyev 1 il 6 ay, Rəmal Ələkbərov 1 il müddətinə azadlıqdan məhrum ediliblər. Türkiyə vətəndaşı Ayhan Dönməzə isə 1 il 5 ay şərti cəza verilib. Bu şəxslər sərhədi qanunsuz keçmək və rüşvət verməkdə ittiham olunurlar. Qeyd edək ki, "Barmek-Azərbaycan" şirkətinin sabiq prezidenti Hüseyn Arabul Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə 2007-ci ildə 1 milyon 370 min manat ödəməklə 5 il şərti cəzaya məhkum edilmişdi. Məhkəmə həmçinin Arabulun bu müddət ərzində Azərbaycandan kənara çıxmaması barədə qərar vermişdi.