Elxan Poluxov: ?Baronessa Koks dövlət rəsmisi hesab oluna bilməz?
?Azərbaycanın ərazi bütövlüyünü tanımayan və ərazi bütövlüyümüzə hörmətsizliklə yanaşan şəxslərə tutduğu vəzifəsindən asılı olmayaraq münasibətimiz eynidir?
Bu sözləri Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Müstəqil İnformasiya Agentliyinə Britaniya Parlamentinin Lordlar Palatasının vitse-spikeri Baronessa Koksun Dağlıq Qarabağa növbəti dəfə qeyri-qanuni səfərinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, həmin şəxslərə Azərbaycana gəlmək qadağandır: ?İşğal olunmuş ərazilərimizə rəsmi dövlət orqanlarımızın icazəsi olmadan səfər edən hər bir şəxs eyni aqibətlə üzləşəcək?.
E.Poluxov deyib ki, Baronessa Koks dövlət rəsmisi hesab oluna bilməz: ?O, sadəcə Britaniya Parlamentinin üzvüdür və dövlətin rəsmi mövqeyini əks etdirmir. Bununla bağlı İngiltərə dövləti qarşısında bir neçə dəfə məsələ qaldırılıb. Hər zaman eyni cavabla üzləşmişik ki, ?həmin şəxs İngiltərə dövlətinin rəsmisi deyil və o, bizim mövqeyimizi əks etdirmir?. İngiltərə isə bir dövlət olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyır?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50