Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Quba rayonuna gedib. Dövlət başçısı əvvəlcə Quba şəhərinin mərkəzində salınmış Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoyub. Prezident İlham Əliyev parkda aparılmış yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri ilə tanış olub. Dövlət başçısına parkda görülən işlər barədə məlumat verilib. Bildirildi ki, yeddi hektar ərazini əhatə edən parkda abadlıq işləri davam etdirilir.