Qüdrət Həsənquliyev baz prokurordan qanunsuzluq edən nəqliyyat izçilərinin cəzalandırılmasını xahiz edib
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev baş prokuror Zakir Qaralova müraciət edib. BAXCP mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, deputat Dəvəçi rayonunun ərazisində, Bakı-Quba avtomobil yolunda Nəqliyyat Nazirliyinin ?Azəryolservis? ASC-nin 1 saylı ?Yolların mühafizə xidməti? MMC-nin əməkdaşları tərəfindən KAMAZ markalı yük avtomobilinin sürücüsü Mehman Əmirquliyevə qarşı fiziki güc tətbiq edilməsi faktının araşdırılması və baş vermiş qanunsuzluğun aradan qaldırılmasıilə bağlı baş prokurordan xahid edib.
M.Əmirquliyevin anası Raya Əmirquliyevanın və hadisənin şahidi Sevda Əkbərovanın müraciətini əsas götürən Q.Həsənquliyev Z.Qaralovdan M.Əmirquliyevin döyülməsi faktının, eləcə də son vaxtlar Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən taksi və yük maşınlarının sürücülərinə qarşı zorakılıqlara yol verilməsi, onlardan qanunsuz vəsaitlərin toplanılması, avtomobillərin nömrə nişanlarının açılması barədə mətbuatda yayılan məlumatların araşdırılması üçün müvafiq göstəriş verməsini xahiş edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08