Ramazan ayının bayram namazı sentyabrın 20-si və 21-də səhər saat 10-00-da qılınacaq. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. Onun sözlərinə görə, bayram namazı Təzə Pir məscidində qılınacaq: ?Bəzi inanclı insanlar bayram namazını ayı görəndən sonra qılmaq istəyirlər. Hər iki gündə namazın qılınması müstəhəbdir?.