Son günlər Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan ikitərəfli danışqlar Müasir Müsavat Partiyasının narahat edib. Bu səbəbdən də MMP Türkiyə ictimaiyyətinə müraciət ünvanlayıb. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə MMP mətbuat xidmətindən daxil olub. Müraciətdə MMP sərhəddin qeyd-şərtsiz açılmasının yolverilməz olduğunu düşünür və bəyan edir ki, Türkiyəyə qarşı soyqırım iddiası ilə çıxış edən, Qarabağda işğalçı siyasət irəli sürüb bir milyon soydaşımızı yurd-yuvasından didərgin salan və bizə qarşı ərazi iddialarında bulunan ortaq düşmənimizə Türkiyə qucaq açmamalıdır. Partiya bu addımı bütün türk dünyasına xəyanət kimi dəyərləndirir və buna getməməyə çağırır. MMP bütün Türkiyə müxalifətini və ictimaiyyətini AKP iqtidarının qardaş xalqlar arasında bu cür hərcmərclik salınmasına qarşı mübarizədə həmrəyliyə dəvət edir.