?Hələlik qurultayımızın dəqiq günü müəyyənləşməyib. Yəqin ki, partiyanın Ali Məclisində bu məsələyə baxılacaq və konkret gün müəyyənləşəcək. Bildiyiniz kimi, BQP-nin qurultayının vaxtı bu il tamam olur. Biz də qurultayı nizamnamədə nəzərdə tutulmuş vaxtda keçirmək niyyətindəyik?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə Böyük Quruluş Partiyasının Ali Məgclis sədri Əjdər Əliyev deyib. Yaxın müddət ərzində partiyanın qurultayının keçiriləcəyini vurğulayan, BQP yetkilisi ali tədbirlərinin bələdiyyə seçkilərindən öncə reallaşacağını da nəzərə çatdırıb. Ə.Əliyev onu da qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı yekun qərarlar da qurultayda qəbul olunacaq: ?Bundan əlavə, qurultayda partiyanın strategiyası, taktikası ilə bağlı bütün məsələlər nəzərdən keçirilə bilər. Rayon təşkilatlarının nümayəndələri gündəliyə hansısa məsələni sala bilər, nəsə təklif edə bilərlər. Amma indiki vəziyyədə siyasi kursun dəyişdirilməsi ilə bağlı gündəlikdə hər hansı bir məsələ yoxdur?. BQP sədrliyinə başqa namizədin olub-olmayacağına gəlincə, Ə.Əliyev deyib ki, hazırda Fazil Mustafadan başqa namizədin məsələsi gündəlikdə yoxdur.