Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 16-da üç istiqamətdə atəşkəsi pozub. Erməni ordusu saat 12.15-dən 12.20-dək Ermənistanın İcevan rayonunun Azatamurt kəndi ərazisində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli kəndi ərazisində yerləşən mövqelərimizi, saat 12.10-dan 12.20-dək Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 19.15-dən 20.00-dək isə Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyindən verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.