Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) üzvü olan ölkələrin xarici işlər nazirləri əməkdaşlığın perspektivlərini müzakirə etmək məqsədi ilə sentyabrın 25-də Nyu-Yorkda görüşəcəklər. Müstəqil İnformasiya Agentliyi xəbər verir ki, Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası Nyu-Yorkda BMT Baş Məclisinin 64-cü sessiyası çərçivəsində keçiriləcəkdir. Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək. XİNŞ-ın növbəti iclasının proqramının və gündəliyinin layihəsi sentyabrın 10-11-də GUAM-ın Milli Əlaqələndiriciləri Şurasının Kiyevdə keçirilmiş 17-ci iclasında razılaşdırılmışdır. Nyu-Yorkda, həmçinin ?GUAM+ABŞ?, ?GUAM+Yaponiya? və ?GUAM+Polşa? formatında görüşlərin keçirilməsi planlaşdırılıb.