Prezident İlham Əliyev Azərbaycan neftçilərinin peşə bayramı və ?Əsrin müqaviləsi?nin 15 illiyi ilə əlaqədar sərəncamlar imzalayıb. Dövlət başçısı 60 nəfəri ?Tərəqqi? medalı ilə təltif edib. 2 şəxs prezident təqaüdü, 5 nəfər ?Azərbaycan Respublikasının əməkdar mühəndisi? fəxri adı ilə mükafatlandırılıb. Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə Əliyev Ağasəf Dünyamalı oğlu ?Şöhrət? ordeninə, Uilyam Corc Şreder ?Dostluq? ordeninə layiq görülüb.