Əbülfəs Qarayev Teatr bayramında iztirak edəcək
Bu gün Azərbaycan teatrlarının mövsüm açılışıdır. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yeni istifadəyə verilən binasının qarşısında teatr bayramı təntənəli şəkildə qeyd ediləcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə sözügedən teatr ocağının bədii hissə müdiri Rafiq Rəhimli məlumat verib.
R.Rəhimlinin sözlərinə görə, paytaxt teatrlarının qatıldığı bayram tədbirinə dövlət rəsmilərindən Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və nazirliyin digər nümayəndələri qatılacaqlar: ?Mədəniyyət və turizm naziri bayramda çıxış edəcək. Cənab nazir həmişə belə bayramlarda başda olub. Bundan başqa, bütün teatrarın öz töhvəsi var. Hər kəs repertuarındakı tamaşaların birindən parçalar nümayiş etdirəcək?.
Bayram tədbiri axşam saat 17-yə təyin edilib. Qeyd edək ki, teatr bayramında bəzi sürprizlər də olacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47