Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək tədbirlər təxirə salınıb. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə sözügedən teatrın mətbuat xidmətinin rəhbəri Fərqanə Şərifova verib. ?Artıq neçə vaxtdır ki, teatrda təmir işləri aparılır. Sabah isə teatrlarda yeni mövsümə start verilir. Mahnı Teatrının tamaşaçıları isə bir az gözləyəsi olacaqlar. Çünki bu teatrda hələ bir müddət təmir işi gedəcək. Əgər proseslər belə gedərsə, Mahnı Teatrı yeni mövsümünü oktyabrın sonunda açacaq?.