Bu gün Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 91-ci il dönümüdür. Bunun əlaqədar olaraq, ölkədə bir sıra tədbirlər keçirilir. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycanın müxalifət partiyaları da bu günlə əlaqədar tədbirlər keçirib. Belə ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına və DUİ-yə daxil olan partiyalar qrup şəklində, digər partiyalarınin rəhbərləri Şəhidlər Xiyabanını və Bakının işğaldan azad edilməsi zaman şəhid olan əsgərlərin xatirəsinə ucaldılmış Türk Əsgəri adbidəsi ziyarət ediblər.