DUi keçirmək istəydiyi aksiya ilə bağlı Bakı Şəhər icra Hakimiyyətinə müraciət edib
Demokratiya Uğrunda İttifaq (DUİ) bu gün sentyabrın 24-nə nəzərdə tutulmuş etiraz aksiyası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu məlumat verib. Qeyd edək ki, DUİ-yə daxil olan partiyalar Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda Madrid prinsiplərinə və Türkiyə-Ermənistan sərhədlərinin açılmasına etiraz məqsədiylə Xarici İşlər Nazirliyinin binası qarşısında aksiya planlaşdırıblar.
M.Mirəlioğlu onu da deyib ki, DUİ aksiya keçirmək niyyətindədir, hazırlıq işləri gedir və bununla bağlı BŞİH-nə də müraciət ünvanlayıb. KXCP sədrinin sözlərinə görə, icra hakimiyyətinin cavabından asılı olmayaraq, aksiyalarını reallaşdıracaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51