Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin intihar etməsini təsdiqlədi. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, ?N? saylı hərbi hissənin əsgəri Tofiq Əliyev postda olarkən avtomatla özünə atəş açıb. 1980-ci il təvəllüdlü Tofiq Əliyev intihar etməzdən bir gün əvvəl məzuniyyətdən qayıdıb. Faktla bağlı cinayət işi başlanılıb və Tərtər Hərbi Prokurorluğu tərəfindən araşdırılır. İntiharın səbəbləri araşdırmalardan sonra bəlli olacaq. Qeyd edək ki, T.Əliyev 2009-ci ilin oktyabrında Astara rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.