Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng edib. Dövlət başçısı Dmitri Medvedevi ad günü münasibətilə təbrik etmiş, ona prezidentlik fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Prezident Dmitri Medvedev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Dövlət başçıları Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etmiş, iki ölkə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərimizin daha da möhkəmlənməsi baxımından əhəmiyyətini vurğulayıb. Prezidentlər ölkələrimiz arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildirib.