Elxan Poluxov türkiyəli jurnalistlərin Dağlıq Qarabağa səfərini təkzib edir
Türkiyəli jurnalistlərin Dağlıq Qarabağa səfəri barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov məlumat verib.
Onun sözlərinə görə, həmin jurnalistlər Dağlıq Qarabağa yox, Ermənistana səfər ediblər: ?Azərbaycanın Türkiyədəki səfirliyindən aldığımız məlumata görə, bu fakt həqiqət uyğun deyil. Bu məlumatı ?Hüriyyət? qəzetinin rəhbərliyi də təsdiqləyib. Səfirliyə verilən məlumata görə, rəhbərliyin tapşırığı ilə heç bir jurnalist Dağlıq Qarabağa getməyib. Sadəcə olaraq həmin jurnalistlər Ermənistana ezam olnub və orada öz peşə fəaliyyətlərini yerinə yetiriblər. Dağlıq Qarabağa səfərdən söhbət gedə bilməz?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50