Sabah Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin 91-ci il dönümüdür. Bunun əlaqədar olaraq, ölkədə bir sıra tədbirlər keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Azərbaycanın müxalifət partiyaları da bu günlə əlaqədar tədbirlər hazırlayıb. Belə ki, Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatına və DUİ-yə daxil olan partiyalar qrup şəklində, digər partiyalar isə ayrı-ayrılıqda Şəhidlər Xiyabanını və Bakının ihğaldan azad edilməsi zaman şəhid olan əsgərlərin xatirəsinə ucaldılmış Türk Əsgəri adbidəsi ziyarət edəcəklər.