Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin növbəti sessiyası Müsavat partiyasının qəragahında keçirilib. AXCP-dən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, sessiyada partiyanın ali postlarına bir sıra yeni təyanatlar olub. Belə ki, Qulamhüseyn Əlibəylinin istefasından sonra boş qalan Ali Məclisin sədri postuna Həsən Kərimov, onün müavini vəzifəsinə Rəyasət Heyətinin üzvü Gözəl Bayramlı seçilib. Toplantıda Fuad Qəhrəmanlı və Razi Nurullayev partiya sədri Əli Kərimlinin yeni müavinləri təyin olunmasi təstiqlənib.