Ramazan bayramı münasibəti ilə Heydər Əliyev Sarayında konsert olacaq. Bu barədə məlumat Müstəqil İnformasiya Agentliyinə sözügedən mədəniyyət ocağından verilib. Sentyabrın 20-nə təyin edilən konsertdə respublikanın sayılıb-seçilən sənət adamları iştirak edəcəklər. Onların arasında ?Muğam-star?, ?Azəri-star?, ?Aşıq? müsabiqələrinin iştirakçıları ilə yanaşı, Rəfael İsgəndərovla Coşqun Rəhimov da olacaq. 30-dan çox iştirakçının qatılacığı konsertdən əldə olunan gəlir xeyriyyə xarakteri daşıyacaq.