Əməkdar artist Baloğlan Əşrəfov yeni mahnılar yazdırır. Müğənninin Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, üzərində işlər gedən bu mahnılar ancaq dövlət tədbirlərində ifa olunacaq: ?Bu dəfə bəstəkar Ramiz Mirişlinin yaradıcılığına müraciət etdim. Ələmdar Mahirin sözlərinə bəstələnmiş bir mahnı var. Hazırda onun üzərində işləyirik. Bundan başqa, ?Aşıqsayağı? adlı bir mahnı yazdırıram. Bu mahnı da tanınmış aşıqlarımızın birinin yaradıcılıq məhsuludur. Yaxın günlərdə bu mahnılar hazır olacaq?. Əməkdar artistin fikrincə, nəzərdə tutulan mahnılar hazır olandan sonra, onu pərəstişkarlarına disk şəkilində təqdim edəcək.