Tərtərdə Azərbaycan Ordusunun əsgəri yaralanıb
Azərbaycan Ordusunun əsgəri yaralanıb. 19 yaşlı Şaban Zakir oğlu Murquzov Ermənistan silahlı qüvvələrinin cümə günü günorta saatlarında Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində yaralanıb. Hadisə Tərtər rayonunun Həsənqaya kəndində baş verib. Bel nahiyəsindən yaralanan əsgər hospitala yerləşdirilib.
Ç.Murquzov 2008-ci ildə Tovuz rayon hərbi komissarlığından hərbi xidmətə çağırılıb. O, Azərbaycan Ordusunun rabitəçi əsgəridir.(anspress)
Müdafiə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev Trend News-a Ağdam hospitalına yerləşdirilən əsgərin vəziyyətinin orta-ağır olduğunu bildirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08