Sentyabrın 14-dən 17-dək Azərbaycan ərazisində yağışlı və küləkli hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, ölkədə sentyabrın 12-də 26-28 dərəcə isti, sentyabrın 13-də isə 28-30 dərəcə isti olacaq. Gələn həftədən etibarən isə qeyri-sabit hava şəraiti gözlənilir. Belə ki, sentyabrın 14-dən 17-dək Azərbaycan ərazisində yağışlı və küləkli hava şəraiti hökm sürəcək. Temperatur 5-7 dərəcə düşəcək. Paytaxtda şimal küləyi əsəcək, yağış yağacaq. Bölgələrdə, xüsusən də qərb, şimal və cənub rayonlarında yağışların intensiv leysan xarakterli olacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir.