Ermənilər Ağdamdakı mövqelərimizə hücum ediblər, xeyli itki verərək geri çəkildilər
Bu gün səhər 09:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin yerləsdiyi Ağdam istiqamətində erməni sillahlı birləşmələri hücuma keçib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, qarşı tərəfin hücumunun qarşısını alan Azərbaycan Silahlı Qüvvələrinin əsgərlərinin cavab atəşi nəticəsində 4 erməni əsgəri ölüb, bir neçəsi isə ağır yaralanıb.
Atışma zamanı Azərbaycan Ordusunun əsgəri, 2008-ci ilin iyul ayında Quba rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan, 1990-cı il təvəllüdlü Yusubov Pərviz Gülbala oğlu isə yaralanıb.
Məsələylə bağlı Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08