Qafqaz Müsəlmanları İdarəsi (QMİ) təkrar qeydiyyatdan keçib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini Qurumlarla İş Şöbəsinin müdiri Gündüz İsmayılov məlumat verib. Onun sözlərinə görə, QMİ ilk qeydiyyatdan keçən dini icmadır: ?Yaxın vaxtlarda digər dini icmalarında qeydiyyatdan keçəcəyi gözlənilir?. Qeyd edək ki, bir müddət öncə ?Dinin etiqad və vicdan azadlığı haqqıda? qanuna edilən əlavə və dəyişikliklərə əsasən bütün dini icmalar Dövlət Komitəsində təkrar qeydiyyatdan keçməlidir.