Azərbaycan-iran sərhədində atızma olub
Dövlət Sərhəd Xidməti Gürcüstandan Azərbaycana Kür çayında rezin qayıqla külli miqdarda qaçaqmal keçirilməsi cəhdinin qarşısını alıb. Qurumun mətbuat mərkəzinin yaydığı xəbərə görə, sərhədin Qazax rayonunun İkinci Şıxli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilən tədbirlər nəticəsində Şahməddin Mustafayev və Ürfət Mustafayevin ölkəmizə qanunsuz yolla yüzlərlə mobil telefon, onlarla qutu psixotrop tərkibli dərman preparatlari, araq və kustar üsulla limonad istehsalı üçün etiketlər, toz halında konsentratlar və limonad şüşələrinin qapaqlarının gətirməsinə imkan verilməyib.
Cəlilabad rayonunun Gendərə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində isə İrandan Azərbaycana 7 silahlı şəxsin külli miqdarda narkotik vasitə keçirməsinin qarşısı alınıb. Silahlılarla sərhədçilər arasında baş vermiş atışma nəticəsində qaçaqmalçılar 11 kiloqramdan artıq narkotik vasitəni hadisə yerində ataraq qaçıblar.
Hər iki faktla bağlı cinayət işi açılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08