Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələnin yenidən gündəmə gəlməsi Azərbaycanda etirazların yenidən qızışmasına səbəb olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu istiqamətdə müəyyən addımlar atmağı qərarlaşdırıb. Belə ki, partiya sədri bu gün keçmiş prezidentliyə namizədlərlə telefon əlaqəsi yaradıb. Onun ilk həmsöhbəti Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa olub. Keçmiş prezidentliyə namizədlər söhbət əsnasında qərara alıblar ki, sərhədlərin açılmasına etiraz əlaməti olaraq birgə mitinqlər keçirilməsi üçün digər namizədlərlə də danışıqlar aparsınlar. Verilən məlumata görə, prezidentliyə namizədlər razılığa gəlsələr, yaxın günlərdə mitinqlər keçirəcəklər.