Əli Əhmədov: ?Bələdiyyə seçkiləri ilə bağlı YAP-ın konsepsiyası hazırdır?
Yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı konsepsiyasını hazırlayıb. YAP sədrinin müavini-icra katibi, deputat Əli Əhmədov bildiriib ki, YAP dekabrda keçiriləcək bələdiyyə seçkilərinə ?Azərbaycan bələdiyylərinin xalqa xidmətinin səviyyəsini və keyfiyyətini yaxşılaşdıraq? şüarı ilə gedir.
Ə.Əhmədov YAP-ın rəsmi saytına açıqlamasında onu da qeyd edib ki, bələdiyyə seçkiləri ilə bağlı YAP-ın konsepsiyası da hazırlanıbr: ?Bələdiyyə seçkiləri yerli özünüidarəetmə orqanlarına seçkilər olduğuna görə, əsas ağırlıq təbii ki, yeri təşkilatların üzərinə düşəcəkdir. Buna görə də YAP-ın Azərbaycanın bütün rayonlarında olan qurumları bələdiyyələrə seçkilərlə bağlı hazırlığa başlamışlar. Bəzi yerlərdə artıq seçki qərargahları yaradılmışdır və bizim müəyyənləşdirdiyimiz konsepsiyanın həyata keçirilməsi istiqamətində müvafiq addımlar atılır?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51