Gənclər və idman naziri Azad Rəhimov hazırda həbsdə olan gənclər Emin Milli və Adnan Hacızadənin həbsi ilə bağlı münasibət bildirib. Müstəqil İnformasiya Agentliyüinin məlumatına görə, nazir Emin Milli ilə tanış olduğunu qeyd edib: ?Emin fikrini tez-tez dəyişən bir gəncdir. Buna görə də inanıram ki, kafedə o gənclər arasında dava ola bilər. Amma bu davanı kim başlayıb, günah kimdə olub, bunu məhkəmə aydınlaşdıracaq. İnanıram ki, məhkəmə ədalətli olacaq?.