Misir Mərdanov yerli icra orqanlarına və məktəb direktorlarına mesaj göndərdi
"Azərbaycanda heç kəs şagirdlərin valideynləri tərəfindən məktəbli formalarının alınmasına mane ola bilməz". Bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistlərə açiqlama verərkən deyib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, nazir yerli icra orqanlarına və məktəb direktorlarına mesaj göndərdi: "Nə məktəb rəhbərliyi, nə müəllimlər, nə də yerli icra orqanları şagirdlərin valideynlərinin məktəbli forması alması prosesinə mane ola bilməz. Onlar yalnız məkətbli formasını müəyyən edə bilər, lakin onun hazırlanması və alınması prosesinə mane ola bilməz. Təhsil Nazirliyinə ölkənin bəzi rayonlarında yerli icra orqanlarının uşaq fondları yaratması və müəllimlərin əmək haqqından bir faiz çıxılması barədə məlumat daxil olub. Bu qanunsuzdur. Qeyri-qanuni olaraq bu kimi fondlar yaradan şəxslər cəzalandırılacaq".
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08