Türkmənistan prezidenti ilham Əliyevə zəng edib
Dünən Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Azərbaycan prezidentinin mətbuat xidmətindən verilən məlumata görə, Türkmənistan prezidenti dövlət başçısını və Azərbaycan xalqını müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. Prezident İlham Əliyev minnətdarlığını bildirib, Türkmənistan dövlətinin başçısına və Türkmənistan xalqına bu münasibətlə təbriklərini çatdırıb.
Prezidentlər ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Dövlət başçıları iki ölkə arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi üçün geniş potensialın mövcud olduğunu vurğulayıblar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50