Ermənistan Azərbaycanı müharibə ilə hədələdi
?Ermənistan ordusu Azərbaycan tərəfinin militarist bəyanatlarına sakit yanaşır və istənilən təcavüzə qarşı dayanmağa hazırdır?. ?Novosti Armeniya? agentliyinin yaydığı məlumata görə, bu sözləri Ermənistanın müdafiə naziri Seyran Ohanyan ölkəsinin ictimai televiziyasına verdiyi müsahibədə deyib.
Seyran Ohanyan onu da qeyd edib ki, Ermənistan ordusunun istənilən təcavüzə qarşı dayanmaqdan başqa alternativi yoxdur. Onun sözlərinə görə, erməni tərəfi yalnız müdafiə olunmaq yox, həm də lazım gəldikdə müxtəlif profilaktik tədbirlər keçirməyə hazırdır. Söhbətin hücumdan gedib-getməməsinə gəlincə, erməni nazir ?Niyə də yox? Hücum, əks-hücum. Biz dinc əhalini müharibənin amansızlıqlarından qorumaq üçün hücuma da hazırıq?,- söyləyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50