Ordumuzun üç hərbçisi Ağcabədidə minaya düzüb
Azərbaycan Silahlı Qüvvələrinin üç hərbçisi minaya düşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə, hadisə bu gün saat 10:30 radələrində baş verib. Belə ki, hərbçilər traktorla gedərkən Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində minaya düşüblər.
MİA-nin bölgə müxbirinin verdiyi məlumata görə, minaya düşən hərbçilər - Nurlan Məmmədov, Murad Rəhimov və Sadiq Atayev ağır bədən xəsarətləri alıblar. Yaralı hərbçilərimiz Ağcabədidəki Sarcalı Hospitalına yerləşdiriliblər. Aldığımız məlumata görə, onlardan ikisinin vəziyyəti ağırdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08