?Fatimeyi-Zəhra? məscidinin sökülməsi ilə ilə bağlı qərarın verilməsi ciddi narazılığa səbəb olub. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən İslam Partiyasının keçmiş sədri Hacı Hacıağa Nuri b??? addımların atılmasını qətiyyətlə pisləyib: ?Hələ 15il bundan əvvəl mərhum prezident Heydər Əliyevin razılığı ilə bu məscidə yer ayrılıb. İndi məhkəmənin belə bir xoşəgəlməz qərar verməsində ölkəni daxildən qarışdırmaq istəyən qüvvələrin əli var. Hesab edirəm ki, məscidlərin bağlanması, yaxud sökülməsi ölkədə qarışıqlıq yaratmaq istəyən qüvvələrin işidir. İkinci tərəfdən, həmin qüvvələr Azərbaycan xcalqını hökumətə qarşı qaldırırlar. 15 ildən artıqdır ki, o yer ?Fatimeyi Zəhra? məscidinə ayrılıb. Kimsə o?a göz dikibsə, bu başqa məsələdir. Amma kiməsə görə, belə ədalətsiz qərar vermək düzgün deyil?. Hacıağa Nuri onu da vurğulayıb ki, prezident bu məsələyə müdaxilə etməlidir. ?Yasamal məscidi söküldü, Neft daşlarındakı məscid söküldü, indi də növbə ?Fatimeyi Zəhra? məscidin? çatıb. Bu nə deməkdir, nə baş verir? Onsuz da Azərbaycan xalqının məscidlərdən başqa nəfəs almağa yeri qalmayıb. Cəmiyyətdə əxlaqsızlıq, pozğunluq, narkomaniya baş alb gedir?,- deyən müsahibimizin sözlərinə görə, belə bir şəraitdə məscidləri sökməklə millətin fatihəsini verirlər.