?Donuz qripi?nə qarzı vaksin gələn ay hazır olacaq
Oktyabrda A/H1N1 (?donuz qripi?) virusuna qarşı vaksin hazırlana bilər. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Səhiyyə Nazirliyi Respublika Taun Əlehinə Stansiyanın direktor müavini Şair Qurbanov məlumat verib.
Onun sözlərinə görə, sözügedən xəstəliklə əlaqədar indiyədək ölkədə 783 nəfər müayinə olunub: ?Hələki vaksin preparatları hazır deyil. Çox güman ki, oktyabrda preparat hazır olacaq və bundan sonra peyvəndə başlanılacaq. Lakin material hazırlansa da, onu lazım olan miqdarda hazırlamaq üçün zamana ehtiyac var. Ona görə də ilk növbədə risk qrupuna daxil olan insanlar peyvənd olunacaq. Ölkəmizdə isə müayinlər aparılır. İndiyədək 783 nəfər temperaturlu xəstə müayinə olunub. Bunlardan yalnız 2 nəfərdən müsbət nəticə əldə olunub?.
Ş.Qurbanov deyib ki, bir neçə gün öncə Kopenhagendə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun iclası keçirilib: ?Mən özüm də həmin iclasda iştirak etmişəm. Orda əsas diqqət xəstəliyin yayılmasına və xəstəliyə qarşı peyvənd məslələrinə yönəldilmişdi. Bir neçə aydan sonra isə Səhiyyə rəhbərləri ilə belə bir görüş planlaşdırılır. Ola bilər həmin görüşdə konkret qərar çıxarılsın?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08