12 yazlı Kürdəmir sakini intihar edib
Kürdəmir şəhərində intihar hadisəsi baş verib. Kürdəmir rayon Prokurorluğundan verilən məlumata görə, şəhərin Məhəmməd Füzuli küçəsi 1 ünvanında yaşayan 12 yaşlı Elşən Mehbalıyev özünü yaşadığı evin həyətindəki yarımçıq tikilinin damından iplə asıb. E.Mehbalıyev 6-cı sinif şagirdi olub.
O, ailə üzvlərinin evdə olmadığı vaxt intihar edib. İntihara səbəb isə qardaşı Nicatın və nənəsinin onu qonaqlığa aparmaması olduğu ehtimal olunur.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açılıb, araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08